24 noyabr 2024. Bazar günü

Azərbaycanın qadın güləşçisi dünya çempionu olub


  • Offside
  • 21:27 25.10.2024
  • Oxunma sayı: 40
Azərbaycanın qadın güləşçisi dünya çempionu olub

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

90deqiqe.Az xəbər verir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü qüvvəsini sınayıb.

Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb– 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu  üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə üz-üzə gəlib. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

Ruzanna Məmmədova (62 kiloqram) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabı ilə uduzub.







Offside