- Offside
- 17:18 23.11.2024
Azərbaycanın daha 4 cüdoçusu Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, qadınlardan Gülgəz Musayeva (48 kiloqram), kişilərdən isə Zeyd Ələsgərov (60 kiloqram), Əli Hümbətov (66 kiloqram) və Fəxri Sahibzadə (66 kiloqram) üçüncü yeri tutublar.
Daha əvvəl Azərbaycan cüdoçularından Məhəmməd Rüstəmli (50 kiloqram) qızıl, Anar Quliyev (50 kiloqram) gümüş, Rüstəm Qasımzadə (55 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, Azərbaycan Gimnaziadada qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.