26 oktyabr 2024. Şənbə

Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar


  • Offside
  • 20:59 26.10.2024
  • Oxunma sayı: 20
Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar

Azərbaycan cüdoçuları Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri tutub.

90deqiqe.Az xəbər verir ki, idmançılarımız Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən yarışı 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.

İkinci gündə tatami ustalarının qazancı 1 qızıl, 3 gümüş və 2 bürünc medal olub.







Offside