28 oktyabr 2024. Bazar ertəsi

Aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi keçiriləcək


  • Offside
  • 10:45 28.10.2024
  • Oxunma sayı: 28
Aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi keçiriləcək

Noyabrın 1-2-də aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yarışlarda “Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.

Onlar bu dəfə gimnastikasevərlər üçün musiqinin hər notuna uyğun ahənglə güclərini, sürətlərini və çevikliklərini sərgiləyəcəklər.







Offside