28 oktyabr 2024. Bazar ertəsi

Güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bilindi


  • Offside
  • 11:59 28.10.2024
  • Oxunma sayı: 24
Güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bilindi

Güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli olub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qurumun təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dörd gün davam edən yarışda müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı pnevmatik tapança, tüfəng və kiçikçaplı tapançadan atəş üzrə həm fərdi, həm də qarışıq komanda şəklində mübarizə aparıblar.

10 metr pnevmatik tapançadan atəşaçmada kişilər arasında yarışın mükafatçıları:

1. Hacı Musayev
2. Ruslan Lunev
3. Elvin Astanov

10 metr pnevmatik tapançadan atəşaçmada qadınlar arasında yarışın mükafatçıları:

1. Xanna Əliyeva
2. Leyli Əliyeva
3. Həqiqət Atayeva

10 metr pnevmatik tüfəngdən atəşaçmada kişilər arasında yarışın mükafatçıları:

1. Üzeyir Tapdıqlı
2. Ramiz Xəlilov
3. Ruslan Qəhrəmanov

10 metr pnevmatik tüfəngdən atəşaçmada qadınlar arasında yarışın mükafatçıları:

1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. Aynur Mahmudova

25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçmada qadınlar arasında yarışın mükafatçıları:

1. Nigar Nəsirova
2. Leyli Əliyeva
3. Xanna Əliyeva

50 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçmada kişilər arasında yarışın mükafatçıları:

1. Vladislav Kalmıkov
2. Rəsul Məmmədov
3. Elvin Astanov

50 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçmada qadınlar arasında yarışın mükafatçıları:

1. Leyli Əliyeva
2. Zeynəb Sultanova
3. Sofiya Barxalova

10 metr pnevmatik tapançadan atəşaçmada qarışıq komanda yarışının mükafatçıları:
1. Hacı Musayev / Xanna Əliyeva
2. Ruslan Lunev / Sofiya Barxalova
3. Oleq Kerjankin / Həqiqət Atayeva

10 metr pnevmatik tüfəngdən atəşaçmada qarışıq komanda yarışının mükafatçıları:
1. Ramiz Xəlilov / Jalə Bayramova
2. Əliməmməd Hüseynov / Nigar Ramazanova
3. Ruslan Qəhrəmanov / Aynur Mahmudova







Offside