24 noyabr 2024. Bazar günü

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 1 qızıl, 2 gümüş medal qazanıb


  • Offside
  • 18:33 30.10.2024
  • Oxunma sayı: 53
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 1 qızıl, 2 gümüş medal qazanıb

Azərbaycan atleti Ravin Alməmmədov Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanlaqaldırmada isə 187 kq-ın öhdəsindən gəlib və nəticədə gümüş medala yiyələnib.

R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.







Offside