- Offside
- 14:15 21.11.2024
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.
Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
Bilalhəbaşi finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.
Qadın boksçumuz Aynur Mikayılova (57 kq) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.
Qeyd edək ki, daha 3 boksçumuz yarımfinal görüşünə çıxacaq.