23 noyabr 2024. Şənbə

Suriya millisi Rusiyaya əsas heyəti ilə gələcək


  • Offside
  • 16:39 01.11.2024
  • Oxunma sayı: 40
Suriya millisi Rusiyaya əsas heyəti ilə gələcək

Suriya Futbol Federasiyası millinin Rusiyaya əsas oyunçu siyahısı ilə gələcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Suriya Futbol Federasiyası məlumat yayıb.

Məlumatda deyilir:

“Suriya millisi Rusiya ilə oyuna çıxacaq. Komandada həm Suriyada, həm də xaricdə çıxış edən elit peşəkar oyunçular oalcaq”

Xatırladaq ki, Suriya və Rusiya yığmaları arasında yoldaşlıq oyunu noyabrın 19-da Volqoqradda keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 19:30-da başlaması planlaşdırılır.

2022-ci ilin fevral ayından Rusiya millisi UEFA və FİFA rəhbərliyinin siyasi səbəblərdən irəli gələn rəsmi turnirlərdən uzaqlaşdırılması qərarına görə yalnız yoldaşlıq oyunları keçirə bilib.







Offside