- Offside
- 20:57 03.12.2024
Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına start verib.
90deqiqe.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Dənizkənarı Milli Parkda “Yeddi gözəl” fəvvarəsinin yanından yarışa başlayıblar.
Qaçış 10 kilometr məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.
Yarış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil olunacaq. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.
“Qürurla irəli” devizi altında keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.