10 dekabr 2024. Çərşənbə axşamı

AKAF tərəfindən COP29-a dəstək xarakterli yürüş təşkil ediləcək


  • Offside
  • 16:41 09.11.2024
  • Oxunma sayı: 50
AKAF tərəfindən COP29-a dəstək xarakterli yürüş təşkil ediləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) tərəfindən Bakıda təşkil olunacaq COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında yürüş təşkil ediləcək.

90deqiqe.Az xəbər verir ki, Bakı bulvarında gerçəkləşəcək genişmiqyaslı yürüşə bir sıra qonaqlar qatılacaqlar.

Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta” İdarə Heyətinin rəhbəri Frederik Şox, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq yürüşdə iştirak edəcəklər.







Offside