10 dekabr 2024. Çərşənbə axşamı

Azərbaycan Voleybol Federasiyasının rəsmisinə növbəti dəfə təyinat verilib


  • Offside
  • 13:00 12.11.2024
  • Oxunma sayı: 52
Azərbaycan Voleybol Federasiyasının rəsmisinə növbəti dəfə təyinat verilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.

Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.







Offside