- Offside
- 23:58 22.11.2024
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilib. Toplantı zamanı komitə üzvləri tərəfindən bir neçə məsələ müzakirə olunub.
Bunlar cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi, ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar görülmüş işlərin icmalı, bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multiklub sahibliyi) ilə əlaqəli qaydalar və dərc olunmuş statistik hesabatın icmalı, eləcə də digər məsələlər olub.