- Offside
- 23:58 22.11.2024
Xerardo Martino MLS-in "İnter Mayami" klubunun baş məşqçisi postunu rəsmən tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Florida klubunun mətbuat xidməti yayıb.
Argentinalı çalışdırıcının sözlərinə görə, o, şəxsi səbəblərdən komandadan ayrılıb. “Belə bir klubda işləmək mənim üçün şərəfdir. "İnter Mayami"də keçirdiyim vaxtdan həzz aldım. Mən burada yaradılan xatirələri və münasibətləri əzizləyəcəm”
"İnter Mayami" yeni baş məşqçi axtarışları üzərində işləri davam etdirir.
Daha əvvəl bildirilmişdi ki, Martinonu MLS klubunda iki keçmiş "Barselona" futbolçusu əvəz edə bilər. Onlardan biri Xavi Hernandes, ikincisi isə Xavyer Maskeranodur.