- Offside
- 19:38 13.12.2024
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə hakimlər və hakim olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, baş hakim Gündüz Abdullayevin rəhbərliyi ilə gerçəkləşən seminarda 36 nəfər iştirak edib.
Bunda məqsəd dekabrda keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.
Nəzəriyyəni uğurla başa vuran hakimlər dekabrda sınaq imtahanında iştirak edəcəklər.