- Offside
- 18:23 10.12.2024
Azərbaycanın 16 yaşadək oğlan voleybolçulardan ibarət millisi Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub.
90deqiqe.Az xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb.
Görüş rəqibin 3:0 (25:15, 25:16, 25:12) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-16 Latviyaya və təşkilatçı ölkənin təmsilçisinə də 0:3 hesabı ilə məğlub olmuşdu.