- Offside
- 21:07 04.12.2024
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, ənənəvi “Finlandiya Open” turnirində milli komandanın 12 üzvü bacarığını göstərəcək. Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək.
Sabah Lohya şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.