- Offside
- 20:38 02.02.2026
Azərbaycan təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kurslarda ölkəni akrobatika və idman gimnastikası üzrə hakimlər təmsil ediblər.
1. Əhməd Ağayev - kateqoriya 1 (idman gimnastikası)
2. Rza Əliyev - kateqoriya 2 (idman gimnastikası)
3. Durdanə Əhmədova - kateqoriya 3 (akrobatika gimnastikası)
4. Arif Feyziyev - kateqoriya 3 (parkur)
Qeyd edək ki, kurslar dekabrın 1-8-i aralığında baş tutub.