26 dekabr 2024. Cümə axşamı

Bakıda II Təhlükəsiz İdman Forumu keçirilib


  • Offside
  • 13:01 13.12.2024
  • Oxunma sayı: 102
Bakıda II Təhlükəsiz İdman Forumu keçirilib

Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə II Təhlükəsiz İdman Forumu keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanda baş tutmuş ilk Təhlükəsiz İdman Forumundan bəhs edən videoçarx nümayiş etdirilib.

İdmanda daha təhlükəsiz mühitin yaradılması və idmançıların rifahının yaxşılaşdırılması məqsədilə keçirilən foruma onlayn formatda qoşulan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz İdman şöbəsinin rəhbəri Kirsti Borrovs bu cür mötəbər tədbirin təşkilində MOK-un xüsusi fəallıq nümayiş etdirdiyini vurğulayıb. Təhlükəsiz idman sahəsində ölkəmizin lider olduğunu qeyd edən IOC nümayəndəsi bildirib ki, təkcə bu ilin oktyabr ayında Azərbaycanda bu mövzuda müxtəlif tədbirlər baş tutub. O, Beynəlxalq Olimpiya Komitəsinin bütün üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsiz idman mühitinin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb.

K.Barrousun çıxışından sonra Təhlükəsiz idman üzrə IOC-nin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev “Təhlükəsiz İdman Hamı Üçün”, Azərbaycan Gimnastika Federasiyasının tibb və "safeguarding" üzrə meneceri Namiq Bədirxanov "Safeguarding – İdmanda insan hüquqlarının qorunması", Azərbaycan Cüdo Federasiyasının təhsil meneceri Orxan Oruczadə "Elit idmançılar üçün psixoloji sağlamlıq xidmətlərinin rolu", UNICEF-in Azərbaycan nümayəndəliyi, Uşaqların müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov "Uşaqların zorakılıqdan müdafiəsi: UNICEF-in rolu və gələcəyə baxış", Monteneqro Milli Olimpiya Komitəsinin üzvü Maya Pekoviç isə "İdmanda təhlükəsizliyin prioritetləşdirilməsi" mövzusunda təqdimatlar ediblər.

Tədbir zamanı Azərbaycanın idman federasiyalarında təhlükəsiz idmanla bağlı aparılan sorğunun nəticələri də açıqlanıb.







Offside