- Offside
- 23:26 21.02.2025
"Əl-Hilal" klubunun hücumçusu Neymar zədəsini tam sağaldıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı forvard komanda ilə birlikdə məşqlərini bərpa edib.
Xatırladaq ki, 32 yaşlı futbolçu noyabrın əvvəlində bud nahiyəsindən zədə alıb və sıradan çıxıb. Bundan əvvəl Neymar bir il dizindəki çarpaz bağın yırtılmasından sağalmışdı. Braziliyalı ötən yay Fransanın PSJ-dən "Əl-Hilal"a keçib. Futbolçunun transferi Səudiyyə klubuna 90 milyon avroya başa gəlib. Neimr və Əl-Hilal arasında mövcud əmək müqaviləsi 2025-ci ilin yayında başa çatır.