- Offside
- 20:00 23.03.2026
"Real Madrid"in və Fransa millisinin sabiq hücumçusu Kərim Benzema 2024/2025 mövsümünün sonunda karyerasını bitirə bilər.
90deqiqe.Az “Relevo”ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ayrılmaq barədə düşünür, lakin hələlik yekun qərarını verməyib.
Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası Kərimin ən azı müqaviləsinin sonuna qədər oynamasını gözləyir.
Benzema Səudiyyə Ərəbistanı komandasının sıralarına ötən yay azad agent kimi qoşulmuşdu. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır. Transfermarkt portalı fransız futbolçunun dəyərini səkkiz milyon avro qiymətləndirir.