22 fevral 2025. Şənbə

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb


  • Offside
  • 11:29 17.12.2024
  • Oxunma sayı: 60
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, oyunlar dekabrın 19-da keçiriləcək.

İlin son matçları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Saat 15:00-da Gəncə İdman Sarayında “Gəncə” UNEC-i qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal" ilə üz-üzə gələcək.







Offside