- Offside
- 23:07 17.12.2024
"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior FİFA-nın Best mərasimində 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, səsvermənin nəticələrinə görə, braziliyalı futbolçu aşağıdakı rəqibləri qabaqlayıb: Jude Bellingham, Kilian Mbappe, Daniel Karvaxal, Federico Valverde (hamısı "Real Madrid"), Lionel Messi ("İnter Mayami"), Lamin Yamal ("Barselona"), Erling Holland, Rodri (hər ikisi "Mançester Siti"), Florian Virts ("Bayer Leverkuzen)" və karyerasını başa vuran Toni Kroos.
Bu bonus oyunçuların 21 avqust 2023-cü ildən 2024-cü il avqustun 10-dək olan performansını nəzərə alıb. Qalib milli komandaların kapitan və məşqçiləri, azarkeşlər və media nümayəndələrinin səsverməsi nəticəsində müəyyən edilib.
Xatırladaq ki, Vinisius bundan əvvəl nüfuzlu France Football jurnalı tərəfindən hər il verilən “Qızıl top” uğrunda mübarizədə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandezə uduzmuşdu. Ötən mövsüm 24 yaşlı Vinisius "Real Madrid"in heyətində 39 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.