- Offside
- 23:07 17.12.2024
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb.
Vitali Borisovun baş məşqçisi olduğu millimiz matçdan 3:3 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, yığmamız V qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.
Azərbaycan – İsveç (1:1) 3:3
AÇ-2026. Əsas mərhələ. V qrup
17 dekabr. Bakı idman Sarayı. Saat 20:00
Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov
(Hakimlər briqadası Qazaxıstandandır)
Timekepeer: Anar Fərəcov (Azərbaycan)
Hakim-inspektor: Stefan Veber (Almaniya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Qollar: Oktay Rüstəmli, 1:17, 39:58, Xəzər Ağalızadə, 22:47 // Hampus Furublad, 13:28, Fredrik Soderqvist, 33:52, Bryan Yohansson, 37:06
Sarı vərəqələr: Ülvi Əliyev, 38:40 // Noraldin Azizi, 39:58