- Offside
- 23:07 17.12.2024
FIFA ilin ən yaxşı qapıçısının adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, hazırda keçirilən "The Best" mükafatının təqdim edilməsi mərasimində “Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martinez FİFA-nın “The Best” mükafatında ilin qapıçısı seçilib.
Ötən yay Martinez Argentina millisinin tərkibində Amerika kubokunun qalibi olub.
2023/2024 mövsümündə 32 yaşlı futbolçu klub səviyyəsində 47 matçda iştirak edib, 15-də qapını təmiz saxlayıb. Argentinalı qolkiper son üç ildə ikinci dəfə FİFA-nın ən yaxşı qapıçısı seçilib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.