- Offside
- 10:17 25.12.2024
"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını "Korintians"da davam etdirə biləcəyindən danışıb.
90deqiqe.Az "Goal.com"a istinadən xəbər verir ki, braziliyalı bu kluba hörmət etdiyini, amma yetirməsi olduğu "Santos"a görə bu keçidin reallaşmayacağını bildirib.
“Mən "Santos"u ən böyük klub hesab edirəm, çünki futbolun kralı Pele və Neymarı ortaya qoyan çıxaran olub. "Santos" mənim sevimli komandamdır, ona görə də transferdən söhbət gedə bilməz".
32 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı komandası ilə müqaviləsi bu mövsümün sonuna kimidir. Transfermarkt portalı onu 15 milyon avro qiymətləndirir. Bu mövsüm Neymar meydanda cəmi 42 dəqiqə keçirib.