15 yanvar 2025. Çərşənbə

Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb


  • Offside
  • 10:54 27.12.2024
  • Oxunma sayı: 48
Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Qurumdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı şəhərində baş tutan AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan olan 15 məşqçi-müəllim iştirak edib. Dərslər federasiyanın təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıt şəhərlərində məşqçi kursları təşkil olunub.







Offside