- Offside
- 15:57 21.01.2025
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra planlarından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Diario Sport" ulduz futbolçunun dediklərini belə çatdırıb.
-"Mən heç vaxt məşqçi olmayacağam. Düşünürəm ki, mən də klubun prezidenti olmayacağam, amma ola bilsin ki, hansısa komandanın sahibi olacam”
39 yaşlı hücumçu bu mövsüm Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun heyətində 19 matçda 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Təcrübəli forvardın komanda ilə müqaviləsi gələn yaya qədər qüvvədə olacaq. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 12 milyon avro qiymətləndirib.