5 fevral 2025. Çərşənbə

Vinisius ilin ən yaxşı oyunçusu seçilib


  • Offside
  • 20:24 27.12.2024
  • Oxunma sayı: 71
Vinisius ilin ən yaxşı oyunçusu seçilib

"Real Madrid" və Braziliya millisinin vingeri Vinisius Junior "Globe Soccer Awards"da 2024-cü ilin ən yaxşı oyunçusu və hücumçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu ilin ən yaxşı futbolçusu üçün səsvermədə braziliyalı futbolçu aşağıdakı oyunçuları qabaqlayıb:

Cude Bellinqhem (Real Madrid), Antuan Qrizmann (Atletiko), Viktor Gyökeres (Sportinq), Erlinq Haaland (Mançester Siti), Harri Keyn (Bavariya, Toni Kroos (Real Madrid), Robert Levandovski (Barselona), Ademola Lookman (Atalanta), Lautaro Martinez (İnter), Kilian Mbappe (Real Madrid), Lionel Messi (İnter Mayami), Koul Palmer (Çelsi), Rodri (Mançester Siti), Kriştiano Ronaldo (Əl-Nəsr), Məhəmməd Salah (Liverpul), Lamin Yamal (Barselona).

2024-cü ildə Vinisius bütün yarışlarda klub və ölkə üçün 34 qol vurub və 16 məhsuldar ötürmə edib. Real Madrid ilə İspaniya Superkubokunu, La Liqanı, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazandı.







Offside