- Offside
- 21:53 06.01.2025
“İnter Mayami”nin hücumçusu Lionel Messi yaxın gələcəkdə ABŞ prezidenti Cozef Baydendən Prezident Azadlıq medalını alacaq şəxslər arasında olacaq.
90deqiqe.Az "Athletic"ə istinadən xəbər verir ki, bu, ABŞ-da ən yüksək mülki mükafatdır. O, müxtəlif sahələrdə, o cümlədən idmanda ABŞ-ın inkişafına mühüm töhfə vermiş şəxslərə verilir.
Bildiyiniz kimi, Lionel Messi 1 il yarımdır ki, MLS-də "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində komanda Liqa Kubokunu və MLS-in müntəzəm mövsümünü qazanıb. Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.