- Offside
- 14:58 08.01.2025
İkiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Azərbaycanda yeni yaradılan güləş klubu “Azsport”da "ustad dərsi" keçib.
90deqiqe.Az xəbər verir ki, Paris Olimpiadasından sonra karyerasını başa vuran H.Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib.
Azərbaycan Güləş Federasiyasının (AGF) regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 2022-ci ildə əsası qoyulmuş "Azsport" idman klubu ötən ildən AGF-nin maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.
Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.