5 iyul 2026. Bazar günü

Kişi voleybolçular arasında Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib


  • Offside
  • 19:46 07.01.2025
  • Oxunma sayı: 211
Kişi voleybolçular arasında Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib

Kişi voleybolçular arasında Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində IV turun iki oyunu keçirilib.

MOİK “Azərreyl”lə, “Murov Az Terminal” isə “Xilasedici” komandası ilə qarşılaşıb. “Dəmiryolçular” MOİK,  “Murov Az Terminal” isə “Xilasedici" üzərində 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun "Neftçi" - "Gənclər" oyunu yanvarın 8-də baş tutacaq.







Offside