- Offside
- 20:38 02.02.2026
Azərbaycanın fiqurlu konkisürəni Nərgiz Süleymanova Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” yarışında iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qısa və sərbəst proqram üzrə mübarizə aparan idmançı 172.80 xal toplayıb və 23 iştirakçı arasında 5-ci yerin sahib olub.
Bununla da N.Süleymanova dünya çempionatına vəsiqə qazanıb.