15 yanvar 2025. Çərşənbə

Azərbaycanın futzal üzrə FIFA referisi növbəti təyinat alıb


  • Offside
  • 12:44 13.01.2025
  • Oxunma sayı: 63
Azərbaycanın futzal üzrə FIFA referisi növbəti təyinat alıb

Futzal üzrə azərbaycanlı FIFA referisi Əli Cəbrayılov növbəti dəfə təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, o, 2026-cı ildə təşkil olunacaq Avropa çempionatının əsas mərhələsi çərçivəsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referilər müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya).







Offside