25 yanvar 2025. Şənbə

"Tənqid etmək anlamaqdan daha asandır"


  • Offside
  • 16:20 24.01.2025
  • Oxunma sayı: 41
"Tənqid etmək anlamaqdan daha asandır"

24 Böyük Dəbilqə çempionluğu ilə dünyanın yeddi nömrəli raketkaçısı, serb tennisçi Novak Cokoviç Con Makenronun Karlos Alkarasla matçda zədələrdən taktiki hərəkət kimi istifadə edə biləcəyi ilə bağlı tənqidinə cavab verib.

90deqiqe.Az xəbər verir ki, "AS" təcrübəli tennisçinin dediklərini belə çatdırıb.

"Mən sizin şərhlərinizi görməmişəm, ona görə də bu məsələ ilə bağlı fikrimi bildirə bilmərəm. Sadəcə deyirəm ki, mühakimə etmək və tənqid etmək anlamaqdan daha asandır. Bu, mənim həyatımdır."

Gərgin keçən 1/4 final matçında Cokoviç dördqat böyük çempion ispaniyalı Karlos Alkarası 4-6, 6-4, 6-3, 6-4 hesabı ilə məğlub edib.







Offside