14 dekabr 2025. Bazar günü

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək


  • Offside
  • 17:13 24.01.2025
  • Oxunma sayı: 175
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda Federasiya birinciliyi təşkil edəcək.

Bu barədə 90deqiqe.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Yarış 2 fevral – Azərbaycan Gəncləri Günündə təşkil olunacaq.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışda paytaxt Bakı və Mingəçevirdən olan 30 nəfərdən çox idmançı qatılacaq. Qaliblər federasiya tərəfindən diplomla mükafatlandırılacaq. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlıqlarının yoxlanılmasıdır.

Qeyd edək ki, konsept trenajorda avarçəkmə yarışları dünyada geniş yayılıb. Bu növdə Avropa və dünya çempionatları kimi böyük yarışlar keçirilir.







Offside