- Offside
- 20:38 26.01.2025
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.