- Offside
- 23:41 31.01.2025
UFC prezidenti Dana Uayt Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin liqaya necə təsir edəcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Uayt "Power Slap" 11 turnirindən sonra keçirilən mətbuat konfransında deyib.
"UFC hazırda bir nömrəli liqadır. Bu çox aydındır. Bəs Trampın hakimiyyətə gəlməsi ilə nə dəyişəcək? Çünki bu şəxs UFC turnirlərində iştirak etməyi sevən insandır və sizin yaxın dostunuzdur.Heç nəyi dəyişməyə ehtiyac yoxdur. O, uzun müddət UFC fanatıdır. Donald turnirlərə gəlir və gəlməyə davam edəcək. O, mənim ən yaxşı dostumdu və o, mənim ən yaxşı dostlarımdan biri olmaqda davam edir"
Xatırladaq ki, növbəti UFC turniri fevralın 1-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutacaq. Əsas yarışda keçmiş orta çəkidə UFC çempionu İsrael Adesanya ilə Dağıstan əsilli fransız Nassourdin İmavov arasında döyüş olacaq.