2 fevral 2025. Bazar günü

Azərbaycan cüdoçusu Parisdə qızıl medal qazanıb


  • Offside
  • 09:49 02.02.2025
  • Oxunma sayı: 31
Azərbaycan cüdoçusu Parisdə qızıl medal qazanıb

Cüdoçumuz Parisdə himnimizi səsləndirdi.

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.

 90deqiqe.Az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.







Offside

Florent Maluda orduya qatıldı
  • Offside
  • 23:41 31.01.2025
Florent Maluda orduya qatıldı