- Offside
- 18:32 11.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" turnirinə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı XIII turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib. 13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.
Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.