3 fevral 2025. Bazar ertəsi

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yollanıblar


  • Offside
  • 23:55 02.02.2025
  • Oxunma sayı: 19
Azərbaycanın stolüstü tennisçiləri  Qazaxıstana yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.

90deqiqe.Az xəbər verir ki, yığma üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər.

Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.







Offside