3 fevral 2025. Bazar ertəsi

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları bilindi


  • Offside
  • 12:02 03.02.2025
  • Oxunma sayı: 23
Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları bilindi

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları məlum olub.

90deqiqe.Az xəbər verir ki, 1/16 finalın hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb. Kənan Qarayevi üstələyən (1,5-0,5) Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb.

Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.

1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov-Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Nicat Məmmədov-Süleyman Süleymanlı, Azər Mirzəyev-Vüqar Rəsulov və Namiq Quliyev-Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.







Offside