3 fevral 2025. Bazar ertəsi

Stolüstü tennisçilərimiz Dohadakı turniri 3 medalla başa vurublar


  • Offside
  • 16:11 03.02.2025
  • Oxunma sayı: 25
Stolüstü tennisçilərimiz Dohadakı turniri 3 medalla başa vurublar

Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində çıxış edib.

O, koreyalı həmkarı Ma Yeonqminlə finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş mükafatla kifayətlənib.

Xatırladaq ki, bundan əvvəl O.Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc medala layiq görülüblər. O. Quluzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirində ikinci yeri tutub.







Offside