22 avqust 2026. Şənbə

Azərbaycanın qadın boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər


  • Offside
  • 16:14 03.02.2025
  • Oxunma sayı: 203
Azərbaycanın qadın boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın