5 fevral 2025. Çərşənbə

AFFA rəsmiləri UEFA-dan təyinat alıblar


  • Offside
  • 10:52 04.02.2025
  • Oxunma sayı: 49
AFFA rəsmiləri UEFA-dan təyinat alıblar

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

90deqiqe.Az-ın məlumatına görə, onlar UEFA Gənclər Liqası matçlarında iş başında olacaqlar.

K. Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z. Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.







Offside