5 fevral 2025. Çərşənbə

Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər


  • Offside
  • 11:08 05.02.2025
  • Oxunma sayı: 26
Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma yarışda 28 nəfərdən ibarət heyətlə, baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Rənad Əliyev turnirdə hakim qismində çıxış edəcəklər.

Qeyd edək ki, fevralın 7-də start götürəcək Avropa çempionatı üç gün davam edəcək.







Offside