6 fevral 2025. Cümə axşamı

Kişi voleybolçuların Yüksək Liqasında IX tura start verilib


  • Offside
  • 20:02 05.02.2025
  • Oxunma sayı: 22
Kişi voleybolçuların Yüksək Liqasında IX tura start verilib

Kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib.

90deqiqe.Az xəbər verir ki, günün yeganə qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. “Azərreyl” bu görüşdə MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, IX turun növbəti oyunları fevralın 6-da keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” klubu “Neftçi” ilə, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq turun son görüşündə isə “Xilasedici” “Murov Az Terminal”la üz-üzə gələcək.







Offside