22 fevral 2025. Şənbə

Ötən ay üzrə dünyanın ən yaxşı klubu müəyyənləşib - "Real" və ya "Barselona" deyil


  • Offside
  • 12:50 10.02.2025
  • Oxunma sayı: 122
Ötən ay üzrə dünyanın ən yaxşı klubu müəyyənləşib  - "Real" və ya "Barselona" deyil

IFFHS analitikləri yanvar ayının nəticələrinə əsasən dünyanın ən yaxşı futbol klubunun adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, reytinqdə birinci yeri  “Arsenal” komandası tutub. Mikel Artetanın yetirmələri ötən ay beş qələbə qazanıb, üç heç-heçə edib, birində isə məğlub olub.

İkinci yeri Milan “İnter”, üçüncü yeri isə “Real Madrid” tutub. Reytinqdə sonrakı yerləri Fransanın PSJ və İspaniyanın “Atletiko” klubları tutur.

İngiltərə Premyer Liqasının 24 turundan sonra "Arsenal" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Artetanın yetirmələri lider "Liverpul"dan 6 xal geri qalır.







Offside