24 mart 2026. Çərşənbə axşamı

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılıblar


  • Offside
  • 13:27 12.02.2025
  • Oxunma sayı: 145
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılıblar

Bu gün Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə “WTT Youth Contender” turnirinə start verilib.

90deqiqe.Az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycanın stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər. Milli komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.







Offside