- Offside
- 20:38 02.02.2026
Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.
90deqiqe.Az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında qarışıq-qoşa mübarizəsinin final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.