22 fevral 2025. Şənbə

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək


  • Offside
  • 14:17 15.02.2025
  • Oxunma sayı: 81
Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Azərbaycan İdman Akademiyasının tələbələri və əməkdaşı Avropa İttifaqının “Erasmus+” mübadilə proqramında iştirak üçün Avropanın müxtəlif ölkələrinə yola düşürlər.

Akademiyadan 90deqiqe.Az-a verilən məlumata görə, 2024-2025-ci tədris ilinin yaz semestrində mobillik proqramı çərçivəsində İdman məktəbinin “Məşqçilik” təhsil proqramının ll kurs tələbəsi Gülsənəm Ağayeva və Menecment məktəbinin “İdman menecmenti və kommunikasiya” təhsil proqramının III kurs tələbəsi Fatimə Həsənova Litvanın Litva İdman Universitetində, İdman məktəbinin “Məşqçilik” təhsil proqramının II kurs tələbəsi Zəhra Əsgərova Rumıniyanın Ştefan Cel Mare Universitetində təhsilini davam etdirəcək.

Həmçinin Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” təhsil proqramının assistenti Leyla Təhməzli Çexiyanın Karlov Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində könüllülük proqramında iştirak etmək hüququ qazanıb.

Azərbaycan İdman Akademiyasının rəhbərliyi “Erasmus+” mübadilə proqramında iştirak hüququ qazananlarla görüşüb.







Offside